Makrondan Türkiyəni qəzəbləndirəcək qərar – “YPG/PYD-yə maliyyə yardımı göstəriləcək”
19-04-2019 17:14
Baxış sayı:
12565
Fransa Prezidenti Emmanuel Makron terrorçu PKK-nın Suriyadakı qollarında biri olan PYD-nin ölkəsindəki təmsilçisi Xalid İsanın da olduğu Suriya Demokratik Qüvvələrinin (SDQ) nümayəndə heyəti ilə görüşüb.
Məlumatı “Haber7” yayıb.
E.Makron terrorçu PKK/YPG-PYD-nin qurduğu SDQyə dəstək verəcəyini deyib.
Fransa prezidenti terrorçu qrupların formalaşdırdığı bu təşkilata maliyyə yardımı edəcəyini söyləyib.
Qeyd edək ki, ABŞ və Avropa İttifaqı PKK-nın terrorçu qruplar siyahısına daxil edib/Report.
Türkiyə isə YPG/PYD və onların qurduğu Suriya Demokratik Qüvvələrini (SDQ) PKK-nin bir qolu olaraq, terrorçu qruplaşma kmi tanıyır.