Makrondan Trampa çağırış: Mövqeyini dəqiqləşdir!

Baxış sayı:
2692

Fransanın prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampa 'Avropaya qarşı mövqeyini dəqiqləşdirmə' çağırışı edib. Makron “New Yorker” jurnalına verdiyi müsahibədə, Avropa Parlamenti seçkilərindən ABŞ prezidenti Tramp ilə əlaqələrinə qədər bir çox mövzuda açıqlama verib. Tramp ilə Avropa Birliyi (AB) əlaqələrində qeyri müəyyənliyin olduğunu vurğulayan Makron, "Xüsusilə, Trampın “Brexit” prosesindəki mövqeyinə baxsanız, çətin olan bir “Brexit”i dəstəklədiyini görəcəksiniz. Məncə, Tramp Avropaya qarşı mövqeyini dəqiqləşdirməlidir" deyə bildrib. Avropa Parlamentinin (AP) keçən ay keçirilən seçkiləri haqqında da münasibət bildirən Makron, belə söyləyib: "Avropada yeni olan ölçü ifratçılığın, xüsusilə də ifrat sağın hər yerdə artmasıdır. Bir neçə ay əvvəl bir çox insan yeni ifrat sağ koalisiyasının AP-də əksəriyyət təmin edəcəyini düşünürdü. Ancaq belə olmadı. Məncə, AP seçkilərinin ən böyük müsbət tərəfi bu oldu". İfrat sağçı partiyaların xarici bəzi aktyorlar tərəfindən dəstəkləndiyini və bu partiyaların onların təsiri altında olduqlarını deyən Makron, bu xarici təsirlərdən birinin də Tramp olub olmadığına bağlı suala, "Xeyr. Çünki Trampı və onun keçmiş məsləhətçisi Steve Bannonu mənimsəmirəm" cavabını verib. Müxalifət.az