Makron Suriyadakı gerçək niyyətini AĞZINDAN QAÇIRDI

Baxış sayı:
2584

Fransa prezidenti Emmanuel Makron, özünü Rusiya prezidenti Vladimir Putinlə bərabər səviyyədə gördüyünü söyləyib.
 
Makron, bazar günü bir müsahibə verərək prezident postundakı ilk ilini dəyərləndirib. Fransa lideri, sonra jurnalistlərlə qısa söhbət edib.
 
“PUTİN MƏNİ ANLASIN DEYƏ SURİYAYA HÜCUM QƏRARI ALDIM”
 
“RMC” radiosundan Jan Jak Bourdinə görə, söhbət əsnasında Makron, “Mən Putinlə bərabər səviyyədəyəm. Bundan başqa, Putin məni anlayır. Putinin bizim Suriyada olduğumuzu başa düşməsini təmin etmək üçün Suriyaya hücum etmə qərarı aldım" deyib.
 
“PUTİNİN ANLADIĞI DİLDƏN DANIŞIRAM”
 
Putinin bu dildən anladığını qeyd edən Makron, aldığı qərarın Suriyada sülhə nail olmaq üçün edildiyinin başa düşüləcəyini deyib.
 
“KİMYƏVİ SİLAH İŞLƏDƏNLƏRİ CƏZALANDIRMAQ ÜÇÜN VURURUQ" DEMİŞDİLƏR
 
Makronun, "Suriyada bizim də olduğumuzu Putinin anlamasını təmin etmək üçün hücum etmə qərarı aldım" sözləri, ağıllara Suriya təcavüzünün gerçək səbəbinin nə olduğu barədə sual işarələrini gətirib.
Hansı ki, ABŞ, Fransa və Böyük Britaniya təcavüzü, "kimyəvi silahdan istifadə edən Əsədi cəzalandırmaq üçün etdiklərini” açıqlamışdılar.
Müxalifət.az