Mahmud Abbasdan BMT-yə “TƏCİLİ HƏRƏKƏTƏ KEÇİN” ÇAĞIRIŞI

Baxış sayı:
3184

Fələstinin dövlət başçısı Mahmud Abbas, Birləşmiş Millətlər təşkilatına Fələstin xalqına beynəlxalq qoruma təmin etmək üçün təcili hərəkətə keçməsi çağırışı edib.
 
Fələstin televiziyasında yayımlanan çıxışında Abbas, Qəzza sərhədində baş verən hadisələrdə çox sayda Fələstinlinin şəhid düşməsindən tamamilə İsrailin məsuliyyət daşıdığını bildirib.
Abbas, "Növbəti Ərəb Zirvəsində mesajımız açıq olacaq və milli prinsiplərə sadiqlik təmsil olunacaq" deyə söyləyib.
Qeyd edək ki, İsrailin 30 mart 1976-cı ildə Fələstinlilərə aid minlərlə dönüş ərazisini zəbt etməsindən sonra baş verən hadisələrin anıldığı "Torpaq Günündə", Fələstinli qrupların əvvəlcədən bəyan etdiyi "Böyük Qayıdış Yürüşü" çağırışına qoşulmaq üçün xalq səhər saatlarından etibarən sərhədə yürüş etmişdi.
Səhər saatlarından bu yana Qəzza sərhədindəki hadisələrə həqiqi güllə ilə müdaxilə edən İsrail əsgərləri 15 Fələstinlini şəhid edib, 1400 nəfəri isə yaralamışdı.
Müxalifət.az