​Mahaçqala merinin evi və ofisində AXTARIŞ APARILIR

Baxış sayı:
889

Mahaçqala meri Musa Musayevin evində və ofisində axtarış aparılır.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı “RİA Novosti” agentliyi yayıb. Axtarışı hüquq-mühafizə orqanlarının apardığı bildirilib. Hələlik axtarışın səbəbləri haqqında heç bir məlumat verilmir.
Qeyd edək ki, bundan öncə Moskvadan Dağıstana hökumətin fəaliyyətinin araşdırılması üçün 40 nəfərlik xüsusi qrupun göndərildiyi haqqında informasiya yayılmışdı.