Mağarapark çökdürüldü: Türk ƏSGƏRİ HAMISINI ƏLƏ KEÇİRDİ

Baxış sayı:
6811

Əsəd rejimi çəkiləndən sonra PKK-nın istifadə etməyə başladığı baza, terror təşkilatı PKK-nın ən mühüm mərkəzlərindən biri halına gəlmişdi. Təhlükəsizlik qüvvələri burada yer altına enən bir tunel ilə mağaraya salınmış çoxsaylı yeni avtomobillər aşkar edib.
 
“Zeytun Budağı” Hərəkatı ərzində terror təşkilatı PKK-nın istifadə etməyə heç imkan tapmadığı 25 tankının olduğu ortaya çıxıb. Vətəndaş müharibəsinin başladığı 2011-ci ildən sonra Əsəd rejimindən 13 ədəd “hədiyyə” tank alan PKK, sonrakı illərdə Azad Suriya Ordusunun nəzarətindəki bölgələrdən də 10-a yaxın tank vurub.
İranın dəstəkl\diyi Şiə milislərdən də bir neçə tankın "hədiyyə” gəlməsi ilə birlikdə PKK-nın əlindəki tank sayı 25-ə çatıb. Afrinə qarşı TSQ əməliyyatının başlaması ilə təşkilat, bu tankları cəbhə xəttində istifadə etməyib. Bölgədəki bütün mövqe, səngər və ağır silahları Türk xüsusi xidmət orqanları tərəfindən təsbit edilib, döyüş təyyarələri ilə vurulduğuna görə, PKK-nın tankları çıxarmağa cəsarət edə bilmədiyi qeyd olunur.
Çünki indiyədək PKK-nın çiyindən atılan hava müdafiə raketləri və tanksavarlarının bir çoxu daha istifadə edilmədən aşkar edilərək məhv edilib.
Bir regiondan digər əraziyə kütləvi halda yeri dəyişdirilməyə çalışılan PKK tanklarının hazırda Afrinin cənub-şərqində, xüsusi təyinatlı "HAT”  terrorçularının də qaçdığı Baselhaya bölgəsində olduğu güman edilir. Sözügedən region F-16-lar tərəfindən son bir neçə gündür bombalanır.
Müxalifət.az