​“Mafiya istəmirik” – Ölkə qarışdı

Baxış sayı:
223

Bolqarıstanda yoxsulluq, korrupsiya və bahalaşma ilə əlaqədar Baş nazir Boyka Borisovun başçılıq etdiyi hökumətə qarşı başlayan etiraz aksiyaları davam edir.
Muxalifet.az teleqraf.com-a istinaden xəbər verir ki, etirazçılar hökuməti istefaya çağırıblar.
Hökumətin müttəfiqlərindən biri olan millətçi partiya rəhbərinin köməkçisi Valeri Simenovun istefaya getməsindən sonra – noyabrın 18-dən ölkənin iri şəhərlərində hakimiyyət əleyhinə nümayişlər başlayıb.
Etirazçılar paytaxt Sofiya başda olmaqla Bolqarıstanın böyük şəhərlərində etiraz aksiyaları təşkil etməklə yanaşı, qonşu ölkələrə gedən nəqliyyat yollarını bağlayıblar.
Sofiyadakı nümayişlər baş nazirin kabineti və parlament binasının qarşısında təşkil olunub.
Nümayişlər səbəbindən paytaxtda nəqliyyatın hərəkəti iflic olub, şəhərin ən böyük yolları isə bağlanılıb. Soyuq hava şəraitinə baxmayaraq, geri çəkilmək istəməyən xalq kütlələri “Hökumətə istefa!”, “Mafiya istəmirik!”, “Uşaqlarımızın gələcəyini istəyirik!” kimi şüarlar səsləndiriblər.