Maduronun generalını öldürdülər

Baxış sayı:
1708

Venesuela hərbi-hava qüvvələrinin generalı naməlum şəxslərin hücumu nəticəsində qətlə yetirilib.

Oxu.az İnfobae portalına istinadən xəbər verir ki, hadisə Araqua ştatında avtomobil yolunda baş verib.

Hücum zamanı daha üç hərbçi və iki polis əməkdaşı öldürülüb, dörd nəfər yaralanıb.

Venesuela hökumətinin rəsmiləri hələlik bu hücumla bağlı şərh verməyiblər.