Maduro xalqa vəd verdi: Yavaş-yavaş...

Baxış sayı:
8326

Elektrik enerjisinin verilişi tədricən təmin olunacaq.
Muxalifet.az xəbər verir ki, bu sözləri Venesuela Prezidenti Nikolas Maduro deyib.
“ABŞ-ın imperialist hökuməti bu hücum əmrini verdi. ABŞ elektrik paylayıcı şəbəkəyə hücum etdi. Məktəblər və digər sosial obyektlər hələ 48 saat fəaliyyət göstərməyəcək. Venesuela xalqını təbrik edirəm. Ölkə yavaş-yavaş toparlanacaq”, - deyə dövlət başçısı bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl Simon Bolivar elektrik stansiyasında baş verən qəza səbəbindən ölkənin 24 əyalətindən 22-də elektrik enerjisinin verilişi dayanmışdı.