Maduro sərhədləri bağladı

Baxış sayı:
10201

Venesuela prezidenti Nikolas Maduro xalqı qorumaq üçün Braziliya sərhədinin bağlanılacağını bildirib.
 
Nikolas Maduro "xalqı qorumaq üçün" bu axşam ölkənin Braziliya sərhədinin bağlanılacağını bildirib.
 
MƏQSƏDİMİZ XALQI QORUMAQDIR
 
 Maduro canlı yayımlanan çıxışında, Braziliya sərhədinin bu gün yerli vaxtla 20.00-da yeni bir açıqlamaya qədər bağlanacağını deyib. Qərarın məqsədinin "xalqı qorumaq" olduğunu deyən Maduro, Kolumbiya ilə sərhədin tamamilə bağlanması fikrini isə qəbul etmədiyini bildirib.
 
MADURO KOLUMBİYA XƏBƏRDARLIQ EDİB
 
 Qonşu ölkələrlə sərhədlərin bağlanılmasına davam edəcəklərini bildirən Maduro, Kolumbiya ordusunu isə Venesuelaya qarşı bir təxribatın içinə girməməsi barədə xəbərdarlıq edib.
 
“KOLOMBİYA  DÖVLƏT BAŞÇISINI MƏSUL TUTACAM”
 
 Maduro müxalifətin “humanitar yardımların" giriş tarixi olaraq açıqladığı 23 fevralda zorakılıq hadisələrinin baş verməsində Kolumbiya prezidenti Ivan Duqueyi məsul tutacağını da qeyd edib.
Müxalifət.az