Maduro əsgərlərə əmr verdi!

Baxış sayı:
6946

Venesuela qoşunları prezident Nikolas Maduronun əmri ilə sərhəd xəttinə yerləşdirilib. Hollandiyanın nəzarətində olan Karib adaları ilə ölkənin dəniz əlaqəsi də qeyri-müəyyən olaraq dayandırılıb.
 
ABŞ-ın dəstəklədiyi Venesuela müxalifəti “humanitar yardım”ların giriş tarixi olaraq elan etdiyi 23 fevral öncəsi sərhəddə həyəcan siqnalı verilib.
Torpaq sərhədində tədbir görən hökumət bir addım da dənizdə atıb. Falcon bölgəsində Mülki Müdafiənin direktoru Gregorio Jose Montano, Karib hövzəsində Hollandiyanın nəzarətində olan 3 ada ilə dəniz əlaqəsinin qeyri-müəyyən vaxtadək dayandırıldığını açıqlayıb. Montanonun sözlərinə görə, qərar yardım mərkəzi olaraq istifadə ediləcək Küraço, Aruba və Bonaire adaları ilə əlaqəyə təsir edəcək.
Müxalifət.az