Maduro humanitar yardımları rədd etdi: "Biz dilənçilər ölkəsi deyilik”

Baxış sayı:
13087

 Venesuelanın dövlət başçısı Nikolas Maduro beynəlxalq ictimaiyyətin humanitar yardımlarına təpki göstərərək," Biz dilənçilər ölkəsi deyilik" deyib.
 
Uzun müddətdir iqtisadi problemlərlə boğuşan ölkədə böhran olmadığını qeyd edən Maduro, "Biz kimsənin dilənçisi deyilik" deyib. Maduro həmçinin “əqli yardıma” ehtiyac duymaqla ittiham etdiyi müxalifətin cəhdlərini sərt bir dillə tənqid edib.
Maduro ölkəsində ərzaq və dərman çətinliyinin olmadığını, Venesuela xalqının humanitar yardım istəmədiyini iddia edib. Bu yardımı dəstəkləyən müxalifətin “əqli yardıma” ehtiyacının olduğunu deyən Maduro, ölkənin şimalındakı Aragua əyalətində hərbi bazada etdiyi açıqlamada, "Sözdə humanitar yardım üçün saxta bir söz verilə bilməz. Venesuela işləməyə, istehsala, iqtisadiyyatımızın böyüməsinə çağrılmalıdır, biz dilənçi deyilik" deyə bildirib.
Müxalifət.az