Maduro çirkli planını açıqladı: Venesuelanı almaq üçün müharibə ...

Baxış sayı:
7678

Venesuela prezidenti Nicolas Maduro ölkəsindəki böhranla bağlı ABŞ-ı məsul tutduğunu söyləyib. Maduro Tramp administrasiyasını "ifrat radikal fikirlərə sahib bir şəbəkə" adlandırıb.
 
"İnanıram ki, Ağ Evdəki bu qrup güclü dünya ictimaiyyətinin rəyi ilə məğlub olacaq", - deyən Maduro, önların ölkəsinə humanitar yardım göndərməsinə icazə verməyəcəyini söyləyib.
Maduro humanitar yardımı ABŞ-ın ölkəsini işğal etməsi üçün bir alət olduğunu deyib.
BBC-yə müsahibə verən Maduro, Venesuelada müxaliflərin təşkil etdiyi humanitar yardımı ölkəsinə buraxılmayacağını deyib: “Xalqımızın bütün bütün tələblərini yerinə yetirmək qabiliyyətinə malikik. ABŞ-ın “humanitar yardım” adı altında ölkənin işğalına alət olmayacağıq”.
 
"Dilənçilik etməyə ehtiyac yoxdur"
 
'Tramp bizə nifrət edir, bizi aşağılayır' deyən Venesuela dövlət başçısı Nicolas Maduro, "Bu, Amerika imperiyasının, Ağ Evi idarə edən ifrat sağçı qrupun, Ku Klux Klan-ın mənfəətinə Venesuelanı ələ keçirmək üçün etdiyi siyasi bir müharibədir" deyə şərh edib.
Maduro ABŞ-ın ölkənin iqtisadi problemləri üçün məsuliyyət daşıdığını və Vaşinqtonun "hərbi müdaxiləyə haqq qazandırılması üçün humanitar böhran yaratmaq məqsədinin" olduğunu söyləyib.
Maduro "Bu da nümayişin bir hissəsidir. Buna görə də biz sizin qırıntılarınızı, zəhərli yeməklərinizi, artıqlarınızı istəmirik" deyə bildirib.
Qeyd edək ki, Rusiya, Çin və Türkiyə Maduronu dəstəkləyir.
Müxalifət.az