Maduro Avropa Parlamentinin üzvlərini Venesualaya buraxmadı

Baxış sayı:
8779

Avropadakı sağ partiyalardan 6 AP üzvünün özünü müvəqqəti prezident elan edən Xuan Guaido ilə görüşmək üçün gəldikləri Venesuelaya girməsinə icazə verilməyib.
 
Venesuela hökuməti özünü müvəqqəti prezident elan edən Xuan Guaido ilə görüşmək üçün ölkəyə gələn Avropa Parlamentinin üzvlərini (AP) hava limanından geri qaytarıb.
Simon Bolivar Aeroportunda pasportları alınan AP üzvləri, bir müddət burada saxlanıldıqdan sonra Iberia Hava Yollarına aid bir təyyarə ilə geri göndəriliblər.
Avropa Parlamentinin üzvü Gonzalez Pons sosial media hesabından verdiyi açıqlamada, "Prezident Guaido tərəfindən dəvət edilən ilk beynəlxalq nümayəndə heyəti" olduqlarını bildirərək, "Bu gün qovulduq. Amma sabah azad Venesuelaya geri qayıdacağıq" deyə qeyd edib.
 Venesuelanın xarici işlər naziri Jorge Arreaza isə hökumətin ölkə təxribat məqsədilə səfər etmək niyyətində olan bir qrup parlamentari, qəbul etməyəcəkləri və təxribatdan qaçınmaları barədə diplomatik kanallar vasitəsilə xəbərdar etdiyini bildirib. Ölkəsinə hörmət edilməsini istəyən Arreaza, "Venesuela Avropadakı ifrat sağın başqa bir iyrənc müdaxiləçi aksiyasına ölkədə sülh və sabitliyi pozmasına imkan verməyəcək" deyib.
Müxalifət.az