"Madagizin tarixi adını bərpa edirəm, bundan sonra Suqovuşan adlandırılır" - PREZİDENT

Baxış sayı:
1197

"2020-ci il oktyabrın 3-dən Madagizin tarixi adını bərpa edirəm. Bundan sonra Suqovuşan adlandırılır. Qarabağ Azərbaycandır!"

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində bildirib.

Qeyd edək ki, Suqovuşan 3 oktyabr 2020-ci il Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Bu şad xəbəri əhaliyə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev elan edib./report