​“Lütvəli Babayevin bizim ailəyə qarşı...” – ZƏRDABIN İCRA BAŞÇISI MEDİANIN GÜNDƏMİNDƏ

Zakir Fərəcovun adından oğluna toy pulu yığılması iddiası onun həftənin ikincisi etdi

Baxış sayı:
8893

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Beləliklə, bu həftə mətbuatda adı ən çox hallanan icra başçıları arasında 1-ci yeri "Zərdab rayon icra başçısı Lütvəli Babayevin bizim ailəyə qarşı... - ŞOK MƏKTUB” başlıqlı məqalənin 9 saytda yayılması ilə Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev  tutur.

Hesabat dövründə mətbuatda adı ən çox hallanan İcra hakimiyyətin başçıları arasında 2-ci  yeri “Zakir Fərəcovun adından oğluna toy pulu yığırlar” və “Sumqayıtlılar təhlükəli avtobuslarda getməldən qorxurlar” adlı 2 məqalənin 5 Elektron KİV-də yayılması ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tutur.

Nəhayət, mətbuatda adı ən çox hallanan icra başçıları arasında 3-ci yeri isə “Şəmkir Rayon İcra Hakimiyyətinin iki şöbə müdiri aranı qarışdırdı” və “Seyfəlidə 3 milyonluq əməliyyat: icra başçısı torpaqları peşkəş edir – Dosye…” adlı 2 məqalənin 4 elektron KİV-də yayılmasıyla Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov tutur.

Muxalifet.az