Lukaşenkodan ŞOK AÇIQLAMA: Rusiya və Belarusiya birləşir?

Baxış sayı:
11638

Belarus və Rusiya xalqların iradəsindən asılı olaraq yaxınlaşmağa hazırdır.
 
Muxalifet.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərə açıqlamasında deyib.
“Biz (Putin və Lukaşenko) elə sabahdan ikilikdə birləşə bilərik, bizim problemimiz yoxdur, lakin siz, ruslar və belaruslar buna hazırsınızmı? Siz (hər iki ölkənin vətəndaşları) nə qədər hazır olsanız, biz də sizin iradənizi bir o qədər yerinə yetirəcəyik”, - deyə Lukaşenko bildirib.
Onun sözlərinə görə, əgər xalq buna hazır olmasa, Rusiya nə qədər böyük və güclü olsa belə, bu gün kiməsə öz iradəsini diktə etmək iqtidarında deyil.