​Lukaşenko Qarabağ münaqişəsinə görə Minsk qrupunu TƏNQİD ETDİ

Baxış sayı:
5128

"Dağlıq Qarabağ münaqişəsini Ermənistan və Azərbaycan rəhbərləri həll edə bilərlər, beynəlxalq vasitəçilər isə ötən illər ərzində vəziyyətin real olaraq nizamlanması üçün heç bir iş görməyiblər"
Muxalifet.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə rusiyalı jurnalistlərə açıqlamasında deyib.
“Dağlıq Qarabağ münaqişəsi üzrə Minsk qrupu son onilliklər ərzində bir dənə də olsa iş görməyib və görməyəcək də. Çünki münaqişə iki prezident (Ermənistan və Azərbaycan) oturub, “gəlin, problemi insanların maraqlarına uyğun həll edək” deyəndə həll ediləcək” – Lukaşenko bildirib.