​Lukaşenko Putinlə mübahisə etdi, sonra üzr istədi

Baxış sayı:
6871

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya qazının qiyməti ilə bağlı Avrasiya İqtisadi İttifaqının sammitində yaşanan mübahisəyə görə Vladimir Putindən üzr istəyib.
Muxalifet.az xəbər verir ki, Belarus lideri jurnalistlər qarşısında çıxışı zamanı baş verən xoşagəlməz olaya görə üzrxahlığını ifadə edib.
Qeyd edək ki, Sankt - Peterburq şəhərində keçirilən Avrasiya İqtisadi İttifaqın sammiti zamanı Putin və Lukaşenko arasında mübahisə yaşanıb.
Lukaşenko görüş iştirakçılarının diqqətinə çatdırıb ki, Belarus qaz istehlakçıları üçün 1000 kub metr mavi qaz 130 dollara başa gəlir, Rusiya istehlakçıları üçün isə bu rəqəm 70 dollara bərabərdir.
Buna cavab olaraq Putin qeyd edib ki, əgər Belarus üçün qaza görə bazar qiymətləri tətbiq olunsa, onda onun dəyəri 1000 kub metr üçün 130 dollar yox, 200 dollar olar.
Rusiya lideri qazın qiyməti haqqında fikir mübadiləsini daha sonra qapalı qapılar arxasında davam etdirməyi təklif edib.