Londonlular ayağa qalxdı: Qatarın hərəkəti əngəlləndi

Baxış sayı:
6475

Londonda iqlim dəyişikliyi ilə əlaqədar keçirilən mitinqin 3-cü günündə etirazçılardan bir neçəsi metroda qatarın üzərinə çıxaraq nümayişi orada davam etdirib. Onlar qatarın hərəkətinə əngəl olublar.
Muxalifet.az xəbər verir ki, Londonun maliyyə bölgələrindən biri olan Kanari Varf stansiyasında nümayişçilər qatarın üzərinə çıxaraq “Fövqəladə İqlim” başlıqlı plakat açıblar. Polisin hadisəyə müdaxiləsi nəticəsində qatarın hərəkəti bərpa edilib nümayişçilər isə həbs olunublar.
Qeyd edək ki, mitinq Londonun bir neçə bölgəsində ictimai nəqliyyatın hərəkərinə mane olub və buna görə 300 nəfərdən çox insan həbs edilib.