​London aeroportunda həyəcan: Təhlükəli predmet...

Baxış sayı:
1780

İngiltərənin paytaxtı Londonda yerləşən “Hitrou” hava limanının II terminalında yükə baxış keçirilən zaman şübhəli əşya aşkarlanıb.
Muxalifet.az xəbər verir ki, bu barədə şəhər polisinin Tvitter səhifəsində məlumat yayılıb.
Bu səbəbdən təhlükəsizlik yoxlanışı zonasına girişin bağlanıldığı deyilib.
Zonada xüsusi təlim görmüş itlər vasitəsilə axtarışlar aparılır.
Yüzlərlə sərnişinin terminalda gözlədiyi, onların yoxlanış zonasına buraxılmadığı qeyd edilir.