Lənkəranın icra başçısı haqda şok FAKTLAR - “Taleh Qaraşov Lənkəranı necə zibilxanaya çevirdi...”

Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin adamı isə direktoru döydü

Baxış sayı:
13783

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Beləlkilə, 07-13 avqust 2018-ci ildə mətbuatda adı ən çox hallanan icra hakimiyyəti başçıları arasında 1-ci yeri “Lənkəranda işıq böhranı - İcra başçısı da aciz qalıb…”, “İcra başçısı da aciz qalıb... - Lənkəranda işıq böhranı”, ““Lənkəranın gülü rəng-rəng...””, “Taleh Qaraşovun başı bəlalı Lənkəranı - Lənkəranın kanalizasiya dərdi və sair və laxır...FOTO”, “Taleh Qaraşov Lənkəranı necə zibilxanaya çevirdi... - Biabırçı mənzərə…” başlıqlı 5 məqalənin 9 saytda yayılması ilə Lənkəran icra hakimiyyətinin başçısı Taleh Qaraşov tutur.

Hesabat dövründə mətbuatda adı ən çox hallanan icra başçıları arasında 2-ci yeri “Əhəd Abıyevin "direktoru" əsl direktoru döydü”, “'Əhəd Abıyev ürəklənib: filiz kombinatını ələ keçirir – Təfərrüat”, “Əhəd Abıyev Filiz kombinatını ələ keçirir? – Təfərrüat” başlıqlı 3 məqalənin 6 elektron KİV-də yayılması ilə Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev tutur.

Nəhayət, mətbuatda adı ən çox hallanan icra başçıları arasında 3-cü yeri isə “Ucarın icra başçısı narazı sakinləri dinləmək istəmədi - GİLEY” başlıqlı məqalənin 5 elektron KİV-də yayılması ilə Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov tutur.

 

Muxalifet.az