Lənkəranda kişini qatar vuraraq öldürüb

Lənkəranda dəmir yol xəttini keçmək istəyən kişini qatar vurub öldürüb.
 
Hadisə dəmir yol xəttinə paralel ərazidə yerləşən "Sahil" istirahət parkının arxasında, dəmir yol vağzalından təxminən 2 km məsafədə baş verib.
Hələlik kimliyi məlum olmayan kişi dəmir yol xəttini keçmək istəyərkən, onu qatar vurub.
 Hadisə yerinə təcili yardım briqadası çağırılsa da, xəsarət alan şəxsi xilas etmək mümkün olmayıb.
Lənkəranda piyadanı qatar vurması səbəbindən Astaradan Bakıya gedən sərnişin qatarının hərəkəti dayandırılıb. Lakin bir qədər sonra hərəkət bərpa olunub./report