​Lənkəranda ağır qəza: ata öldü, qızı yaralandı - VİDEO

Ələt-Astara magistralının Lənkəran rayonunun Gərmətük kəndi ərazisindən keçən hissəsində qəza qeydə alınıb.
 
Muxalifet.az ARB TV-yə istinadən xəbər verir ki, Astara istiqamətində hərəkətdə olan Hirkan qəsəbə sakini Qalib Əliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Lənkəran istiqamətində hərəkətdə olan Zaur Rzayevin idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşub.
Qəza zamanı “VAZ-2106”-nın sürücüsü Qalib Əliyev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Onun avtomobildə olan qızı Rumiyyə Əliyeva, eləcə də “Mercedes” markalı avtomobilin sürücüsü olan Zaur Rzayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Fakt araşdırılır.