​Lənkəranda 24 yaşlı oğlanın boğazı kəsildi

Lənkəranda 24 yaşlı şəxsin boğazı kəsilərək xəstəxanaya yerləşdirilib.
Hadisə Lənkəranın Vilvan kəndində qeydə alınıb. Kənd sakini 1993-cü il təvəllüdlü Asim Təvəkkül oğlu Cəfərov boyun nahiyəsinin kəsilməsi diaqnozu ilə Lənkəran rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Yaralı dərhal əməliyyata götürülüb. Yaxınlarının verdiyi məlumata görə, onun boynunu dəmir kəsib(publika.az).