​Ələkbərovun oğlu “Lukoyl”dan imtina etdi

Baxış sayı:
6019

Vahid Ələkbərovun oğlu “Lukoyl”dan gedib.
Muxalifet.az xəbər verir ki, bunu Vahid Ələkbərov “Vedomosti” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, oğlu bundan sonra özünü biznesdə sınaqdan keçirəcək:
“O, hər bir halda ixtisas baxımından neftçidir. Hər bir insan öz-özünü hiss etməlidir. Bir insanın öz atasının kölgəsində qalması elə də yüngül məsələ deyil”.
O, oğlu Yusifin “Lukoyl”dan kənarda hansı bizneslə məşğul olduğunu açıqlamaqdan imtina edib.