​Əliyevə cəsarətinə görə təşəkkür etdik - Fələstin XİN rəhbəri

Baxış sayı:
5092

ABŞ Azərbaycanın böyük problemlərindən biri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir. Azərbcyanın prezidenti hətta bunu gözə alaraq Fələstin problemi zamanı Fələstin xalqının yanında mövqe tutdu, Qüds məsələsində ən kəskin mövqedən çıxış etdi. Muxalifet.az xəbər verir ki, Real TV-yə müsahibə verən Fələstinin xarici işlər naziri Riyad Maliki İlham Əliyevin bu qətiyyətini yüksək qiymətləndirdiklərini bildirdi. “Biz bunu çox yüksək qiymətlədiririk. İki gün əvvəl cənab İlham Əliyevlə görüşəndə biz ona göstərdiyi cəsarətə, qətiyyətə görə təşəkkürümüzü bildirdik. Ötən ilin dekabr ayında İstanbulda İslam əməkdaşlıq Təşkilatının fövqəladə növbədənkənar iclasında göstərdiyi mövqeyindən dolayı ona təşəkkür etdik. O həmin iclasda Qüds məsələsi ilə bağlı qəti şəkildə Azərbaycanın mövqeyini bildirdi. Cənab Əliyev Qüdsün İsrailin paytaxtı olması fikrinə və ABŞ səfirliyinin Qüdsə köçürülməsinə qarşı qətiyyətlə çıxış etdi”, - deyə Riyad Maliki qeyd etdi. Nazir bildirdi ki, İlham Əliyevin bu addımı Azərbaycanın haqq və ədalət tərəfdarı olmasının sübutudur. Bu həm də onu nümayiş etdiririk Azərbaycan dövləti Fələstin problemində Fələstin xalqının yanındadır.