​Liviyanın paytaxtında silahlı atışma - HAVA LİMANI BAĞLANDI

Baxış sayı:
2038

Xaos və vətəndaş müharibəsi...
Muxalifət.az xəbər verir ki, ağır silahlardan açılan atəş nəticəsində Liviyanın paytaxtı Trablus şəhərindəki Mitiqa hava limanındakı atışmada ən azı üç nəfər həyatını itirib. 16 nəfərə qədər yaralı insan isə xəstəxanalara çatıdırılıb. Bütün uçuşlar təxirə salınıb...
Məlumatı “Röyters” agentliyi yayıb.
“Anadolu agentliyi” atışan tərəflərin Milli Konsensus Hökumətinə bağlı olan qüvvələrlə Milli Qurtuluş Hərəkatına bağlı silahlı qrupların olması barəsində məlumat verir. Agentliyin fikrincə, silahlı qruplar hava limanına nəzarəti ələ keçirmək üçün atışıblar.
Mitiqa hava limanı ətrafında üç ay bundan əvvəl də silahlı qruplar atışmış, uçuşlar təxribatdan iki gün sonra başlamışdı.
Ərəb baharı üsyanlarının qana bələdiyi ölkələr arasında olan Liviyada 2011-ci ildə Muammar Qəddafi hökuməti zorla devrilmişdi. Artıq 7 ildir ki, ölkədə sabitlik bərqərar olmur, bir çox qruplar müxtəlif bölgələrdə hegemonluq uğrunda mübarizə aparırlar.