Liviyada 16 gün ərzində 220 nəfər öldü, 66-sı yaralandı

Baxış sayı:
11896

General Xəlifə Haftarın 4 apreldə Liviyanın paytaxtı Tripoliyə hücumundan sonra baş verən qarşıdurmalarda bu günə qədər aralarında qadın və uşaqlar da olmaqla, 220 nəfər həlak olub, 66 nəfər yaralanıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının hesabatında qeyd olunub.
Xatırladaq ki, bir müddət öncə Haftar Tripoliyə hücum əmri verib. Bundan sonra Liviya Milli Hökuməti Haftarın qüvvələrinə qarşı “Vulkanın qəzəbi” əməliyyatına başlayıb.