​Livandan İsrailə sərt cavab: Terror dövləti...

Baxış sayı:
3574

Livan Xarici İşlər Nazirliyi İsrail Baş naziri Benyamin Netanyahunun Beyrutda Beynəlxalq Rəfiq Hariri hava limanı yaxınlığında raket anbarlarının olması barədə iddialarına sərt cavab verib.
Muxalifet.az xəbər verir ki, Livan Xarici İşlər naziri Cibran Basil İsrailin beynəlxalq hüquqa və Livanın suverenliyinə hörmət göstərmədiyini söyləyib.
Netanyahunun iddiasından sonra Livan Xarici İşlər Nazirliyi xarici səfirləri sözügedən bölgədə gəzdirib.
Basil bildirib ki, İsrail xalqlara qarşı terror həyata keçirən bir dövlətdir:
"Livanlılar İsrailin Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının tribunasından Livana hücum etmək üçün istifadə etməsini qəbul etmir".