​Litva rəsmi olaraq Gürcüstanın adını dəyişib

Baxış sayı:
3937

Litvanın rəsmi şəxsləri Gürcüstan üçün alternativ addan – Sakartvelodan istifadə edəcək.
Muxalifet.az xəbər verir ki, bu barədə DELFI portalı məlumat yayıb.
“Mayda Litva prezidenti Dalya Qribauskayte Sakartvelonun 100 illiyi ilə bağlı təntənəli mərasimdə iştirak zamanı bu addan istifadə edəcək”, – dövlət başçısının mətbuat xidmətindən bildirilib.
Litva parlamentinin spikeri Viktoras Pransketisin mətbuat katibi bildirib ki, o da Gürcüstan üçün bu addan istifadə edəcək və buna şaddır. Artıq Sakartvelo adı rəsmi sənədlərdə də istifadə ediləcək.