​“Lifttəmir” İstehsalat Birliyində yoxlamalar davam etdirilir - İŞÇİ QRUPU YARADILIB

Baxış sayı:
2227

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan "Lifttəmir” İstehsalat Birliyində yoxlamalar davam etdirilir.
 
Muxalifet.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.
 
K.Əliyev qeyd edib ki, həmin qurumla bağlı istintaq hərəkətləri aparılır: "Mütəxəssislərdən ibarət işçi qrupu yaradılıb, obyektiv istintaqın aparılması təmin ediləcək".
 
Xatırladaq ki, fakt üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə - xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.