Lider TV-nin yanında maşın 61 yaşlı kişini vuraraq öldürüb - FOTO

Sürücü saxlanılıb
 
Bakının Yasamal rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
1956-cı il təvəllüdlü İslamov Eldar Zahid oğlu Lider TV-nin yanında yolu keçərkən Sərxan Hüseynovun idarə etdiyi minik avtomobili tərəfindən vurulub.
Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Sürücü Yasamal Rayon Polis İdarəsi tərəfindən saxlanılıb.