Lider TV-dən növbəti kütləvi İSTEFA

Lider TV-də əmək haqlarının gecikməsinə görə növbəti dəfə kütləvi istefalar başlayıb.
Lider TV-də yayımlanan “Səda” informasiya buraxılışının aparıcıları - Vüsalə Səid, Şəfiqə Elşən, idman jurnalisti Emin Ağa və digər şəxslər öz ərizələri ilə işdən çıxıblar.
Jurnalistlərin işdən ayrılmalarına səbəb kimi Lider TV-də bir neçə aydır ki, maaşların gecikməsi göstərilir. 
Xatırladaq ki, son bir ildə Lider TV-dən xeyli sayda jurnalist istefa verib./olke.az