​"Libermanın istefası İsrail-Azərbaycan əməkdaşlığını məhdudlaşdıra bilməz" – HƏRBİ EKSPERT

Baxış sayı:
2503

İsrailin Müdafiə naziri Aviqdor Liberman vəzifəsindən istefasını elan edər-etməz, erməni ekspertlər "analitik hesabatları"nı təqdim etməyə başladılar. Bu hesabatlarda, artıq İsrail mütləq Ermənistana diqqət yetirəcək və onun naminə Azərbaycanla hərbi-texniki əməkdaşlığı məhdudlaşdırmağa başlayacaq kimi qeyri-real iddilar irəli sürüldü.
Məsələn, "regional məsələlər üzrə ekspert" Karen Veranyan "İsrail Müdafiə naziri Aviqdor Libermanın istefası və Türkiyə ilə soyuq münasibətlərin, Ermənistan-İsrail münasibətlərinin inkişaf etdirilməsi üçün şərait" yaratdığını bildirdi.
Son 24 saat ərzində Ermənistan mətbuatında belə "dərin düşüncəli" şərhlər olduqca çox "doğuldu".
Bu vəziyyət qədim rus atalar söznü xatirladır: "Pişik evdən çıxdı, siçanlar şənliyə başladı". "Əzabkeş" qonşularmızı məyus edmək məcburiyətindəyik - Aviqdor Libermanın İsrail Müdafiə naziri vəzifəsindən istefası heç bir şəkildə Azərbaycan-İsrail münasibətlərinə təsir göstərməyəcək. Liberman İsrailin əsas siyasətçilərindən biri olaraq qalır və onun "Bizim Ev-İsrail" partiyası Knessetdə kifayət qədər geniş təmsil olunur.
Bununla İsraildə də razıdılar. İsrailli hərbi ekspert, SAXAL ordusunun ehtiyatda olan kapitanı Andrey Kojinov Ordu.az-ın müxbirinə verdiyi müsahibədə Liebermanın Müdafiə Nazirliyindən ayrılmasının ölkələrimiz arasındakı əlaqələrə təsir etməyəcəyini bildirib.
“İsrail ilə Azərbaycan arasında hərbi-texniki, iqtisadi, siyasi və mədəni sahələrdəki sıx əlaqələrin şəxs faktoru ilə heç bir əlaqəsi yoxdur. Burada məsələ sistemlərin münasibətlərinə aiddir, İsraildə bu və ya digər nazirliyin rəhbərinin kim olması əhəmiyyət daşımır. Azərbaycanla münasibətlərimiz nazirliyin rəhbərinin şəxsiyyətindən asılı deyil. Bəli, nazirliyin rəhbərinin kimliyi münasibətlərin aktiv və ya daha az aktiv olmasına təsir edə bilər, lakin o, hərbi-sənaye kompleksini, iqtisadi və siyasi maraqları nəzərə almaya bilməz. Libermanı əvəzləyən növbəti Müdafiə naziri, kim olursa olsun, bu, Azərbaycanla münasibətlərin tempini yavaşlatmayacaq. Çünki bu, ən azı axmaq və qeyri-rasional addım olardı", - deyə A. Kojinov bildirib.