Libermandan Suriyaya hədə: Nəticəsi pis olacaq

Şimal qonşumuza bizi təhdid etməməyi tövsiyyə edirəm.
 
Bunu jurnalistlərə açıqlamasında İsrailin müdafiə naziri Aviqdor Liberman söyləyib.
“Mən Suriyaya bizi sınaqdan keçirməmələrini tövsiyyə edirəm. İsrail dövləti ilə qarşı-qarşıya qalmayın. Ona görə ki, bunun nəticələri çox pis olacaq. Biz bu gün Yaxın Şərqin sülh və ortaq yaşam bölgəsinə çevrilməsini arzu edirik”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Dəməşq Suriyaya bir daha hücum edəcəyi təqdirdə İsrailin ağır cavab alacağını bildirmişdi.