​Əli Əsədov Muxtar Babayevi kollektivə təqdim etdi

Baxış sayı:
2794

Azərbaycanın yeni ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivinə təqdim olunub.
Muxalifet.az xəbər verir ki, nazir Muxtar Babayevi kollektivə Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov təqdim edib.
Qeyd edək ki, aprelin 23-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında aprelin 21-də imzaladığı sərəncama əlavələr edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsinə təyin edilib.
Xatırladaq ki, indiyə qədər ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov idi.