Əli Həsənovun oğlu ABŞ-a köçdü - PULLARINI DA ÖLKƏDƏN ÇIXARIR / Foto

Baxış sayı:
1624

Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun oğlu Şamxal Həsənli ABŞ-a köçüb.

Şamxal Həsənli ABŞ-da daşınmaz əmlak biznesinə başlayıb.

O, artıq Azərbaycandakı biznes müəssisələrini də satışa qoyub və ölkədən külli miqdarda vəsaiti xaricə çıxarmağa çalışır.

Əvəzində isə Şamxal Həsənli ABŞ-da yaşayan FETÖ-çu dostlarının köməyi ilə yeni biznes qurur.

Qeyd edək ki, sabiq şöbə müdiri Əli Həsənovun ailəsi otel, turizm, qida, təhsil və hazırlıq kursları, radio, qəzet, prodakşn kimi bizneslərə sahib olması ilə tanınır. Bir neçə il əvvəl Əli Həsənov “BBC”-nin sualına cavabında “ailəmin malik olduğu adı çəkilən şirkətlərlə fəxr edirəm” deyə cavab vermişdi./Demokrat.az