Əli Həsənov: “Serj Sarkisyanın BMT-dəki çıxışı həyasızlıq, tərbiyəsizlikdir”

Serj Sarkisyanın BMT-dəki çıxışı onun həyasızlığını, abırsızlığını göstərdi. Belə fikirləşirəm ki, o çıxış onun öz beyninin məhsulu deyil”.
Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov “İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı” kitabının və “Böyük qayııdın başlanğıcı-Cocuq Mərcanlı” filminin təqdimat mərasimində Ermənistan prezidenti Serj Sarkisyanın BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışına münasibət bildirərkən deyib.
O qeyd edib ki, Sarqsyan bu çıxışla özünü biabır edib: “Necə ola bilər ki, sən bir ölkənin torpaqlarını işğal edirsən, insanları məcburi edirsən, sonra da bu cür çıxış edirsən?! Bu, tərbiyəsizlikdir. Çıxışı zamanı da əzilib-büzülürdü - günahkar insanlar belə edir. Əksinə, Prezident İlham Əliyev isə qətiyyətli çıxış etdi”.
Ə.Həsənov vurğulayıb ki, Ermənistan prezidenti cinayətkardır.
Komitə sədri əlavə deyib ki, ermənilər Sarqsyan rejimindən azad olmalıdır: “Ermənistan hakimiyyətində olanlar Dağlıq Qarabağ münaqişəsinin həllinə razı olmayacaqlar, çünki onlar Azərbaycan ərazilərini işğal etməklə, Azərbaycan xalqının qanını tökməklə hakimiyyətə gəliblər. Hər iki xalq bu münaqişədən yorulub. Münaqişə tezliklə həll edilməlidir”(report).