Əli BABACANIN PLANLARI BƏLLİ OLDU: Gül kənardan dəstək verəcək

Baxış sayı:
414

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından ayrıldıqdan sonra yeni partiya qurmaq istəyən Əli Babacanın planları bəlli olub.
Axar.az xəbər verir ki, Babacan ilk növbədə qarşıdakı günlərdə bəzi televiziya və sosial şəbəkələr vasitəsilə yeni bir partiya hərəkatının başladıldığını elan edəcək.
Məlumata görə, hazırda yeni partiyanın adı və loqosunun seçilməsi istiqamətində işlər davam etdirilir və ən gec yeni ilə qədər hazırlıqların tamamlanması gözlənilir. Həmçinin partiyanın proqramı və nizamnaməsinin hazırlanması prosesinin də yekun mərhələdə olduğu qeyd edilib.
“Türkiyə” qəzetinin iddiasına görə, eks-prezident Abdullah Gül də daxil olmaqla, bir çox keçmiş AKP-çi yeni partiyada rəsmi olaraq vəzifə sahibi olmayacaq. Gül partiyaya kənardan dəstək verəcək.