​Leparskaya: Bakı ildən-ilə daha da gözəlləşir

Baxış sayı:
7681

Bakı ildən-ilə daha da gözəlləşir. Bunu hamı bilir. Hər il bura gələndə biz yeni-yeni gözəl binalar görürük. Bakının hazırda nə qədər tədbir keçirdiyini bilirik. Sevinirəm ki, sizdə hər şey yaxşı alınır. Qoy bundan sonra da belə olsun. Milli Gimnastika Arenasında yarışlar gözəl təşkil edilib. İri yarışlar keçirməyə başlamalısınız, çünki artıq təcrübəniz var.
Muxalifet.az xəbər verir ki, bu sözləri bədii gimnastika üzrə Belarus yığmasının baş məşqçisi İrina Leparskaya Bakıda VI Dünya Kuboku çərçivəsində yarışlar başa çatandan sonra azərtac-a müsahibəsində söyləyib.
İ.Leparskaya yarışların nəticələrinə də münasibət bildirərək qeyd edib ki, hamının işi başından aşır, çünki qaydalar yenidir. Buna görə də çoxlu itkilər və səhvlər var. O deyib: “Daim nəsə dəyişmək lazım gəlir. Təcrübə toplamaq üçün vaxt lazımdır. Yeni qaydalar bədii gimnastikanın qavranılması fəlsəfəsinə çox güclü təsir göstərib. İndi biz sanki yeni idman növü ilə məşğul oluruq. Yeni hakimlik qaydalarında başa düşmədiklərimiz çoxdur. Amma uyğunlaşmaq lazımdır. Ölkənin bizdən gözlədiyi nəticələri göstərmək lazımdır. Komandamız iki medal qazanıb. Onlardan biri Olimpiya proqramı üzrə çoxnövçülük yarışlarında qazanılıb. Qrup çıxışları üzərində işləmək lazımdır. Vaxtımız var, öz üzərimizdə işləyəcəyik”.
İ.Leparskya müsahibəsinin sonunda bədii gimnastika üzrə Azərbaycan yığmasını bürünc medal münasibətilə təbrik edib.