Əlcəzairdə kütləvi aksiya yenidən başladı - Xalq müvəqqəti prezidentə də etiraz edir

Baxış sayı:
13474

Əlcəzair paytaxtında kütləvi etiraz aksiyası keçirilir.
Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, aksiya iştirakçıları parlamentin Yuxarı Palatasının spikeri Əbdülqadir Bensalehin müvəqqəti prezident təyin edilməsinə etiraz edirlər.
Parlamentdə əksər deputatların da onun namizədliyinə qarşı olduğu deyilir.
Qeyd edək ki, Əlcəzairin bundan öncəki prezidenti Əbdüləziz Buteflika etirazlar nəticəsində istefa edərək vəzifədən gedib.