Lavrovla Tillerson arasında görüş - 45 DƏQİQƏDƏ NƏ MÜZAKİRƏ EDİLDİ?

Xarici siyasət rəhbərlərinin görüşü 45 dəqiqə davam edib
 
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Reks Tillerson arasında keçirilən danışıqlar başa çatıb.
RIA "Novosti" xəbər verir ki, hər iki ölkənin xarici siyasət rəhbərlərinin görüşü 45 dəqiqə davam edib. Tillerson Rusiyanın BMT yanındakı daimi nümayəndəliyi tərk edib.
Dövlət rəsmiləri Nyu-Yorka BMT Baş Assambleyasının 72-ci iclasında iştirak etmək üçün gəlib. Bundan əvvəl onlar Bonn, Hamburq, Moskva, Vaşınqton və Manilada görüşüblər.
Əsas müzakirə mövzuları Suriyadakı vəziyyətin de-eskalasiyası, Ukrayna böhranı və ölkəyə sülhməramlıların göndərilməsi, Şimali Koreyanın raket buraxılışı və ikitərəfli münasibətlər olub./report