Lavrovla Çavuşoğlunun görüşü təxirə salındı - Səbəb

Baxış sayı:
7924

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun qrafikində fors-major halın yaranması səbəbindən nazirlər arasındakı danışıqlar daha sonrakı tarixə təxirə salınıb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.
Qeyd edək ki, bundan öncə M.Çavuşoğlunun Yeni Zelandiyada məscidlərdəki teraktla bağlı bu ölkəyə səfər edəcəyi açıqlanmışdı.