​Lavrov: Xəzər sammitinin məhsuldarlığı “mütləq rekorddur”

Baxış sayı:
9352

Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması ilə nəticələnən “Xəzər beşliyi”nin Qazaxıstandakı görüşü məhsuldarlıq baxımından Xəzərə dair bütün danışılar arasında mütləq rekorddur.
Muxalifet.az xəbər verir ki, belə bir bəyanatla Rusiya XİN rəhbəri Sergey Lavrov çıxış edib.
“Beş ölkə prezidentləri mətbuat üçün açıqlamalarında görüşə ən yüksək qiymət veriblər.
“Tarixi” və “böyük” hadisə ifadələri istifadə edildi. Bu, şişirtmə deyil. Praktiki olaraq 22 il iş davam edib. Bu isə asan olmadı.
Əvvəl tam fərqli fikirlər toqquşurdu... Yekunda razılıq əldə edilməsi üçün iradə üstün oldu”, - nazir deyib.
Lavrovun sözlərinə görə, artıq “Xəzərdə əməkdaşlığa dair istənilən məsələnin həlli üçün universal bazis yaradılıb”.