​Lavrov bu türk ölkəsini dəstəkləyəcək – BMT-də

Rusiya Qazaxıstanın BMT Təhlükəsizlik Şurasına sədrliyini dəstəkləyəcək.
Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov qazaxıstanlı həmkarı Kayrat Əbdürrəhmanovla görüşdən sonra jurnalistlərə açıqlamasında söyləyib. Onun sözlərinə görə, Rusiya Qazaxıstana Təhlükəsizlik Şurasında öz proqramını icra etməyə yardım edəcək.
Lavrov Qazaxıstanın BMT Təhlükəsizlik Şurasının aktiv üzvü olduğunu bildirib.