​Lavrov ABŞ-a öz ittihamı ilə cavab verdi

Baxış sayı:
3643

Moskva Amerikanın Rusiyadakı səfirliyinin ölkədəki prezident seçkisinə müdaxilə cəhdlərini qeydə alıb.
Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər naziri Sergey Lavrov söyləyib.
“Bizim seçkilərə daimi olaraq müdaxilə edirlər və prezidentimiz bununla bağlı dəfələrlə konkret misallar göstərib. Amerika səfirliyi öz diplomatlarını müxalifətin mitinqlərinin təşkilində iştiraka göndərir”, – deyə o bildirib.
Qeyd edək ki, ABŞ uzun müddətdir Rusiyanı 2016-cı il seçkilərinə müdaxilədə ittiham edir.