Lamiyə Ələkbərqızı vitse-prezident təyin edilib? - ATV-dən AÇIQLAMA

Bu gün mətbuatda teleaparıcı Lamiyə Ələkbərqızının ATV-nin yeni vitse-prezidenti təyin edilməsilə bağlı xəbər yayılıb.
Publika.az məsələ ilə bağlı hazırda telekanalda vitse-prezident vəzifəsini icra edən Vaqif Aydınoğlu ilə əlaqə saxlayıb. O, suala cavab verməkdən boyun qaçıraraq bunları deyib:
“Belə bir şeydən xəbərim yoxdur. Bununla bağlı suallarınızı Azər bəyə ünvanlayın”.
Qeyd edək ki, L.Ələkbərqızı bir müddət öncə Lider telekanalından işdən çıxarılıb. O, daha sonra İctimai Televiziya və Radio Yayımları Şirkətinin Bədii, Əyləncə və Musiqi verilişləri departamentinə rəhbər təyin olunub.