​“Lalə Şövkətin Azərbaycanı tərk etməsi barədə məlumat doğru deyil” – ALP-dən SEÇKİ AÇIQLAMASI

Baxış sayı:
5398

“Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkətin ölkəni tərk etməsi barədə olan məlumat doğru deyil. Lalə xanım Bakıdadır”.
Muxalifət.az-ın xəbrinə görə, bu sözləri Strateq.az-a  açıqlamasında ALP sədri Əvəz Temirxan bildirib. Onun sözlərinə görə, Lalə Şövkət fəal siyasəti tərk etməyib: “Lalə xanım aktiv şəkildə ölkədəki siyasi prosesi izləyir. Siyasi fəaliyyətini dayandırmayıb”– deyə o, vurğulayıb. Ə.Temirxan qeyd edib ki, 11 apreldə keçiriləcək prezident seçkiləri ilə bağlı ALP-nin qərarı var: “Biz bu seçkilərdə iştirak etmirik”.
ALP sədrinin sözlərinə görə, Lalə Şövkət siyasi proseslərlə bağlı KİV üçün mətbuat konfransı keçirəcək. “Bunun vaxtını deyə bilmərəm. Zamanında media üçün mətbuat konfransı keçiriləcək”.