Laçını "təhqir edən" Xalq artistini ayağından asdılar - FOTOLAR

Baxış sayı:
4822

Həmkarı İradə İbrahimova ilə birlikdə çəkilmiş arxiv fotosu qalmaqala səbəb olan Əməkdar artist Tünzalə Ağayeva bu dəfə idman edərkən çəkilmiş videosunu yayımlayıb.
Moderator.az xəbər verir ki, T.Ağayeva sözügedən videonu öz “Instagram” hesabında paylaşaraq, “Kaş orda olaydım, əslində ordayam elə” şərhini yazıb. 
Videodan Əməkdar artistin mükəmməl bədən quruluşuna sahib olması aydın görünür. Məşqçi tərəfindən idman qurğusunda göydən asılmış vəziyyətdə idman hərəkətləri edən T.Ağayeva, sanki ciddi idman yarışlarına hazırlaşır. 

Əməkdar artistin bu videosu da izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb. 
Qeyd edək ki, dünən Tünzalə Ağayeva öz “Instagram” hesabında həmkarı İradə İbrahimova ilə birlikdə çəkilmiş arxiv fotosunu paylaşmışdı. Və fotoya “Laçın vaxtlarımız" şərhini yazmışdı. Onun bu ifadəsini izləyiciləri birmənalı qarşılamamışdılar, qeyd etmişdilər ki, ifaçı Laçın rayonunu təhqir edib. 

Müğənni isə, "Öyrənməkdə eyib yoxdur, həmişə fayda var", - dyə qeyd edərək, "Laçın" sözünün mənasını göstərmək üçün izahlı lüğətin fotosunu paylaşmışdı.